Logo

Abşeronda orta məktəblərdə fövqəladə hadisələrlə bağlı məşq keçirilib - FOTO + VİDEO

20.05.2024 17:19 180 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Masazır kənd 4 nömrəli və Novxanı kənd 2 nömrəli tam orta məktəblərində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata  görə, rayon təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən məşqin məqsədi mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Məşqin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, odsöndürən balonla “yanğın mənbələrinin söndürülməsi” və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Abşeronda orta məktəblərdə fövqəladə hadisələrlə bağlı məşq keçirilib

Xəbər lenti