Logo

Lisey və gimnaziyalara qeydiyyat başlayıb - YENİLƏNİB

20.05.2024 17:31 207 baxış
IMG

2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək.

Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək:

21 iyun – 7 və 8-ci siniflərə qəbul
22 iyun – 6-cı siniflərə qəbul
23 iyun – 5-ci siniflərə qəbul

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3yugIS7

09:40

Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır.

Tehsil.biz xəbər verir ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək. Ərizə qəbulu mayın 20-dən iyunun 13-dək davam edəcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-i, 6-cı siniflər üzrə iyunun 22-si, 5-ci siniflər üzrə iyunun 23-ü həyata keçiriləcək.

Xəbər lenti