Logo

Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib

20.05.2024 18:07 405 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlimin məqsədi monitorinq hesabatlarının təhlili, nəticə və tövsiyələrə uyğun məktəbəqədər təhsil müəssisələrində daxili keyfiyyət sistemini qurmağa dəstək olmaqdır.

Qeyd edək ki, təlimdə Bakı, Abşeron və Sumqayıt üzrə 50 məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri iştirak ediblər.

Xəbər lenti