Logo

“Tədqiqlər” jurnalının yeni nömrələri çapdan çıxıb

20.05.2024 18:20 168 baxış
IMG

“Tədqiqlər” jurnalının 2024-cü il üçün 1 və 2-ci nömrələri çapdan çıxıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, məcmuənin yeni nömrələrində Azərbaycan dilçiliyi, ümumi dilçilik, türkologiyanın tədqiqinə aid müxtəlif məqalələr yer alıb. Jurnalda Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə dosent Təranə Şükürlünün “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti”, “Azərbaycan poeziyasında ana dili mövzusu” məqalələri, eləcə də professor İsmayıl Məmmədlinin Əməkdar elm xadimi Nizami Xudiyevin xatirəsinə həsr etdiyi “Axtarışda keçən ömür yolu” məqaləsi əksini tapıb.

Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, buraxılışa məsul katib filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevdir.

Tədqiqlər” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

Xəbər lenti