Logo

Neftçala Peşə Məktəbində “Açıq qapı” günü təşkil olunacaq

20.05.2024 18:46 252 baxış
IMG

Mayın 21-də Neftçala Peşə Məktəbində “Açıq qapı” günü keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər də təşkil ediləcək.

“Açıq qapı” günü saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir.

Ünvan: Neftçala rayonu, Kürkənd kəndi.

Xəbər lenti