Logo

BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO

20.05.2024 21:06 223 baxış
IMG

“BDU könüllüləri” təşkilatının 5 illik yubileyi münasibətilə “Könüllülük həftəsi” layihəsinə start verilib.

Bakı Dövlət Universitetindən "Tehsil.biz"ə bildirilib ki, mayın 29-dək davam edəcək “Könüllülük həftəsi” layihəsinin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və onlarda könüllülük dəyərlərinin aşılanmasıdır.

Layihənin ilk tədbiri olaraq könüllülər Heydər Əliyev Mərkəzini zıyarət ediblər. Ziyarət zamanı tələbələr Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar, videomateriallar, Ulu Öndərin xidməti avtomobilləri və digər unikal eksponatlar ilə tanış olublar. Bildirilib ki, 2019-cu ildən fəaliyyət göstərən və öz ətrafında 1000-ə yaxın tələbəni birləşdirən “BDU könüllüləri” təşkilatı universitetdə könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.

Xəbər lenti