Logo

AzTU-nun müəllimi Türkiyədə mühazirə deyib - FOTO

20.05.2024 21:36 160 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müəllimi Fərid Hüseynli “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində mübadilədə iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Fərid Hüseynli Türkiyənin Bursa Texniki Universitetinin Mexanika kafedrasının fəalliyəti ilə yaxından tanış olub və akademik heyətlə görüşüb.

O həmçinin laboratoriyalar və kitabxanalarda aparılan tədqiqat işləri ilə tanış olub, mexanika mühəndisliyi ixtisasının fənləri üzrə tədris prosesində iştirak edib.

Bununla yanaşı, Fərid Hüseynli mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə "Tribologiya" mövzusunda mühazirə deyib.

Xəbər lenti