Nəsimi rayon Eldar Tağızadə adına 164 saylı məktəbdə təcrübə keçən Təhsil2 fakültəsindən 418A tələbələri Tarverdiyeva Gültəkin, Ələkbərli Səbinə və Hüseynzadə Aytən müxtəlif siniflərlə birgə “Xarici dillərin məktəblilər üçün əhəmiyyəti” adlı tədbir təşkil etmişlər.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Tədbirdə xarici dillərin xüsusilə ingilis dilinin əhəmiyyəti xüsusilə danışılmışdır. Qeyd edilən məktəbin 5b sinif şagirdləri Səlimzadə Zöhrab, Qulusoy Səbinə, Quliyeva Ziyadə və Qasımzadə Rəhimə öz çıxışlarında xarici dili öyrənməyin əsas səbəblərini vurğulamışlar. Bundan əlavə olaraq isə həmin məktəbin 7b sinif şagirdləri Səbziyev Rəsul, Rəhimova Aylin və 6b sinif şagirdi Heydərli Əkbər birlikdə bir səhnəcik təqdim edilmişdir. Səhnəcikdə gələcəkdə hansı sahəni və ya peşəni seçəcəyinizə baxmayaq bütün sahələrdə xarici dil biliyin vacib və mütləqliyi göstərilmişdir.
Daha sonra uşaqlarla sorğu keçirərək onları gələcək peşələri haqqında suallar verilmiş və seçdikləri peşədə beynəlxalq dil olan ingilis dilinin əhəmiyyəti göstərilmişdir. Ən sonda isə təcrübəçi tələbələr 3 ay praktika müddətində tədris etdikləri ingilis dili dərsindən qısa görüntüləri nümayiş etdirmişlər.
Videogörüntülərdən şagirdlərin dərslər zamanı aktivliyi, dərsə maraqları və pozitivlikləri xüsusilə diqqəti cəlb etmişdir. Tədbirdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Tamilla Abdullayeva, fənn müəllimi Nərminə Tağıyeva, təcrübəçi tələbələr və şagirdlər iştirak etmişlər.