Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin (EF) təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Sıfır karbon emissiyaları” adlı dəyirmi masa keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Dəyirmi masada ətraf mühitin qorunması, karbon emissiyasının atmosferdə çoxalmasının qarşısının alınması metodları, sənaye fəaliyyətləri və enerji istehlakı, alternativ və bərpa olunan enerjidən istifadənin üstünlükləri kimi mövzular müzakirə olunub, təkliflər səsləndirilib.