Logo

“Sağlam ruh, sağlam cəmiyyət naminə” adlı psixoloji maarifləndirici forum keçirilib - FOTO

20.05.2024 23:10 352 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə “Sağlam ruh, sağlam cəmiyyət naminə” psixoloji maarifləndirici forum keçirilib.

AzTU-dan "Tehsil.biz"ə verilən məlumata görə, məqsəd gənclərin psixoloji maariflənməsinə dəstək göstərmək, yaşlı nəslin təcrübəsini onlara ötürmək, hər iki nəslin qarşılıqlı disskusiyasını təmin etmək olub.

Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İsgəndərov, şəhid anaları, qazilər, tədris mərkəzlərinin rəhbərləri, psixoloqlar, təhsil ekspertləri, müəllimlər, valideynlər və tələbələr iştirak ediblər.

Forumda psixoloji sağlamlığın əsasları, eyni zamanda milli ruhun, sağlam qidalanmanın və sağlam düşüncənin özəlliyindən söhbət açılıb.

Tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti