Logo

Şahin Bayramov Qarabağ Universitetinə rektor təyin olunması haqda paylaşım etdi

20.05.2024 23:30 266 baxış
IMG

"Qarabağ Universitetinin rektoru təyin olunmaq Möhtərəm Prezidentimiz tərəfindən bizə göstərilmiş çox böyük etimaddır. Bu etimada görə Cənab Prezidentimizə sonsuz təşəkkürümü bildirirəm".

Tehsil.biz xəbər verir ki, bunu Prezident İlham Əliyevin bugünkü Sərəncamına əsasən, Qarabağ Universitetinə rektor təyin olunan Şahin Bayramov deyib.

Bu barədə feysbukda paylaşım edən rektor "doğma Qarabağımızın adını daşıyan ali təhsil müəssisəsinə rektor təyin olunmaq sözlə ifadə edilməsi mümkün olmayan fəxarətdir", - deyə bildirib.

"Qürur hissləri keçirirəm. Eyni zamanda, bu təyinat çox böyük məsuliyyətdir! Göstərilən etimadı doğrultmaq və yeni dövrün tələblərinə cavab verən müasir universitet qurmaq üçün var gücümüzlə çalışacağıq! Qarabağ Universiteti işğaldan azad olunan torpaqlarımızda fəaliyyət göstərəcək ilk ali təhsil müəssisəsi kimi tariximizə düşəcək! Doğma torpaqlarımızda fəaliyyət göstərmək şərəfdir! Bu şərəf və qürur hisslərinə görə, doğma torpaqlarımızı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, Şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir, Qazi qardaşlarımıza şəfa arzulayır, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm!", - Şahin Bayramov qeyd edib.

Həmçinin oxuyun: Qarabağ Universitetinin rektoru kimdir? - DOSYE

Xəbər lenti