"Elmli cəmiyyət və rəqabətədözümlü iqtisadiyyat arzusunda olan dövlətlər anlayırlar ki, əhalinin savadı daima artmalıdır, mütəxəssislərin biliyi yüksəlməlidir və ümumilikdə peşəkar inkişaf imkanları genişlənməlidir".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, buna ancaq universitetlə korporasiyaların kooperasiyası hesabına nail olmaq mümkündür:
"İngilis dilində bu prosesə “lifelong learning” deyilir.
Yaxın gələcəkdə “lifelong learning”in qarşısında duran başlıca çağırış tək tələbə və gənc nəsil deyil, əhalinin digər kontingenti, əsasən də müəllimlərin və mütəxəssislərin davamlı tədrisini stimullaşdıracaq proqramların hazırlanması olacaq.
Yəni tədqiqatlar göstərir ki, süni intelektin sürəti, rəqəmsal texnologiyaların inkişafı müəllimlərin mütəmadi olaraq təkmilləşməsini qaçılmaz edir".
Mərcanə Əsədova