Logo

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

21.05.2024 11:47 152 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasının VII cildi - Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

İlk mənbələr əsasında tərtib edilmiş cilddə yer alan şeirlər, hekayələr, xatirələr, ədəbiyyatşünaslıq, mühacirət tarixinə və Türk dünyasına dair məqalələr, ensiklopedik oçerklər XX əsr Azərbaycan milli hərəkatının ən görkəmli şəxsiyyətlərindən olan M.B.Məhəmmədzadənin həmin dövrdəki çoxşaxəli ədəbi-elmi və publisistik fəaliyyəti barədə dolğun təsəvvür yaradır. Bu kitab həm də M.B.Məhəmmədzadənin mühacirət dövrü yazılı irsindən seçmələrin toplu halında ilk elmi nəşri kimi diqqətəlayiqdir.

Cildin tərtibçisi, “Ön söz” və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.

Hazırda institutda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının növbəti cildləri də çapa hazırlanır.

Xəbər lenti