Logo

28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq

21.05.2024 12:59 163 baxış
IMG

Mayın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 May- Müstəqillik Günü münasibətilə konsert proqramı keçiriləcək.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru çıxış edəcək.

Konsert proqramında həmçinin L.V.Beethoven- Simfoniya № 9, D-Moll, Op125 əsərinin 200 illiyinin qeyd olunmasıdır.

Konsert proqramının xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, musiqi rəhbəri və baş dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Eyni zamanda Fatimə Cəfərzadə, Elmira Həsənova, Əliəhməd İbrahimov, Anton Ferştdant musiqi nömrələri ilə çıxış edəcəklər.

Xəbər lenti