Logo

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

21.05.2024 13:38 230 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərinin ümumi təhsil müəssisələrində ATMU-nun tanıtım – təqdimatı olub.

Universitetdən "Tehsil.biz'ə bildirilib ki, tədbirlərin təşkilində başlıca hədəf şəhər məktəbliləri arasında savad və bacarığı ilə fərqlənənləri ATMU-nun tələbə kontingenti sıralarında görməkdir. Universitetin Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova, operator Əfsanə Hacıyeva, Xidmət şöbəsinin müdir müavini Arzu Qafarlı, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Babayeva, Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova, qurumun mütəxəssisi Alikper Rizayev, Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Cavid Məmmədov keçirdikləri təqdimat – görüşlərdə ATMU-nun fəaliyyətində prioritet istiqamətlərdən sayılan ikili diplom proqramı, xaricdə təhsil, ölkədə və xaricdə təcrübə semestrinin təşkili, keçid balları və ixtisaslar, tələbələr üçün müvafiq sahədə çalışmaq imkanı, qəbul qrupları və s. məsələlərdən bəhs ediblər. Ümumilikdə şəhərimizin 26 məktəbində baş tutan təqdimat – görüşlərə 900-ə yaxın abituriyent qatılıb. Tədbir iştirakçılarına ATMU-nun loqosu əks olunan çap məhsulları hədiyyə edilib.

Xəbər lenti