Logo

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

21.05.2024 14:22 175 baxış
IMG

Azərbaycan ilə Qazaxıstan arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomları qarşılıqlı tanınacaq.

Tehsil.biz xəbər verir ki, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin mayın 21-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il martın 11-də Bakı şəhərində imzalanıb.

Xəbər lenti