Mayın 21-də Türkiyənin Altınbaş Universitetinin Tibb fakültəsi ilə Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, beş il qüvvədə olacaq bu müqavilədə tədqiqat işlərinin birgə araşdırılması, layihələrdə birgə iştirak və ümumi elmi xarakterli məsələlərin təşkili nəzərdə tutulub.
Sənədi Altınbaş Universitetinin rektoru professor Çağrı Erkan və Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov imzalayıblar.