Logo

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

21.05.2024 15:10 217 baxış
IMG

ABŞ-ın “Autodesk” şirkətinin regional direktoru Evren Arının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, qonaqlarla görüşdə tədris işləri üzrə prorektor Akif Qasımov “Autodesk”i mühəndislik, memarlıq, inşaat sahələri üçün vacib proqram təminatı məhsulları istehsal edən şirkət kimi xarakterizə edib. O, universitetdə bu profillərdə ixtisaslı kadrların yetişdirildiyini bildirib. Prorektor həmin sahələrdə tətbiq olunan 3D Max, AutoCAD, Revit kimi proqramların tədris səviyyələrinin yüksəldilməsinin AzMİU üçün vacibliyinə toxunub. Eyni zamanda, bu proqramların universitetdə tətbiqi istiqamətində birgə işlərin aparıla biləcəyini söyləyib.

Evren Arın şirkət və məhsullar haqqında qısa məlumat verib, kadr hazırlığı sahəsində universitetlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. O, şirkət tərəfindən universitetdə gerçəkləşdirilməsi mümkün olan layihələr haqqında danışıb, bir neçə real təklif səsləndirib.

Görüşdə AzMİU ilə “Autodesk” şirkəti arasında əməkdaşlıq, eləcə də söhbət zamanı qeyd olunan məsələlərin reallaşdırılması istiqamətində müzakirələr aparılıb, universitetlə birgə layihənin hazırlanması təklif olunub.

Xəbər lenti