Logo

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

21.05.2024 15:24 180 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Kahramanmaraş Sütcü İmam Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Alptekin Yasım imzalayıblar.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyənin sevinci və kədəri birdir. Təsadüfi deyil ki, Türkiyədə ötən ilin fevralında baş verən güclü zəlzələdən sonra Azərbaycan xalqı və dövləti bütün gücü ilə qardaş ölkənin yanında oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələdən daha çox zərər çəkən Kahramanmaraşda “Azərbaycan” yaşayış məhəlləsinin salınması da qardaşlıq duyğusunun bariz nümunəsidir.

Elçin Babayev Kahramanmaraş Sütcü İmam Universiteti ilə müxtəlif elm sahələri üzrə yaxşı əməkdaşlıq imkanlarının olduğunu deyib. İki universitet arasında konkret istiqamətlər üzrə birgə tədqiqatlar aparıla, ikili diplom proqramları imzalana bilər.

Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Alptekin Yasım isə rəhbərlik etdiyi ali təhsil ocağında 13 fakültədə 40 mindən artıq tələbənin təhsil aldığını vurğulayıb. O, BDU ilə əməkdaşlığın hər iki universitetə faydalı olacağına əminliyini bildirib, memorandum çərçivəsində birgə təhsil, tədqiqat fəaliyyətinin, müəllim-tələbə mübadiləsinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Xəbər lenti