Logo

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

21.05.2024 17:33 212 baxış
IMG

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtdakı məktəblərdə aparılan monitorinqlər nəticəsində tədrisin və kadrlarla işin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğu, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarəedilməsi istiqamətində nöqsanlar aşkarlanmış təhsil müəssisələrinin rəhbərləri ilə bağlı müvafiq qərarlar verilib, intizam tənbeh tədbirləri görülüb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, seçmə üsulla müəyyənləşdirilmiş təhsil müəssisələrində monitorinqlərin təşkil olunmasının əsas məqsədi tədrisin və kadrlarla işin təşkili vəziyyətinə nəzarətin artırılması, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğunun yoxlanılması, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarəedilməsi və səmərəli tədris mühitinin formalaşdırılmasına dəstək verilməsindən ibarətdir.

Təhsil müəssisələrinin rəhbərlərinə sənədlərlə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması, dərnək məşğələləri və dərsdənkənar məşğələlərin tədrisi məsələləri, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün Elm və Təhsil Nazirliyinin əmri ilə müvafiq komissiya yaradılıb. Operativ monitorinqlərin tədris ilinin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti