Logo

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib - FOTO

21.05.2024 19:31 388 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Səbail rayon Yanğından Mühafizə Hissəsində növbəti “açıq qapı” günü keçirilib.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd azyaşlıların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Menar Azərbaycan” tədris mərkəzinin məktəbəqədər hazırlıq qrupunun şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbir iştirakçılarına yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə, eyni zamanda fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə tanış yaxından tanış olublar.

Azyaşlılar tərəfindən maraqla qarşılanan tədbirdə onların sualları ətraflı cavablandırılıb.

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Xəbər lenti