Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bu il 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, gənclər burada kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s. peşə hazırlığı kurslarına cəlb ediliblər.
Hazırda Mərkəzdə 135 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunurlar.