Logo

Fəlsəfə və Sosiologiya İnstitutunda Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

21.05.2024 20:50 172 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, elmi katib fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova və institutun əməkdaşıları iştirak ediblər.

İclasa sədrlik edən İlham Məmmədzadə tədbirin gündəliyini elan etdikdən sonra sözü Həmkarlar Təşkilatının sədri Asya Əhmədovaya verib. Asya Əhmədova Həmkarlar Təşkilatına sədrlik etdiyi 2017-2024-cü illər ərzində təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib.

Sonra gündəliyə uyğun olaraq Təftiş Komissiyasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Həmkarlar Təşkilatının gördüyü işlər barədə Komissiyanın hazırladığı hesabatı təqdim edib. Hər iki hesabat qənaətbəxş hesab edilib.

Daha sonra açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən seçildilər. Asya Əhmədova institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçilib. Bundan başqa Şabanov Zeynəddin (sədr müavini), Süleymanov Gündüz, Zərqanayeva İradə, Məmmədzadə Fəxriyyə, Quliyev Elxan, İsmayılova Xanımağa, Həsənova Cəmilə, Əliəsgərova Nuray Həmkarlar Təşkilatının Komitə üzvləri, Cəbrayılov Məhəmməd (sədr), Bağirova Fəridə, Ağayarova Afət isə Təftiş Komissiyasının üzvləri seçilib.

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi, mədəni istirahətinin təmin edilməsi və s. sahəsində fəailiyyətinin daha da aktiv olmasının zəruriliyini vurğulayıb.

Xəbər lenti