Logo

AzTU-nun professoru Bartın Universitetində mühazirə deyib - FOTO

21.05.2024 21:34 220 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının professoru Bəyalı Əhmədov “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bartın Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Bəyalı Əhmədov Bartın Universitetinin Maşın mühəndisliyi kafedrasının əməkdaşlarına seminar keçib, həmçinin bu ali təhsil müəssisəsinin tələbələrinə mühazirə deyib.

Səfər çərçivəsində professor Bəyalı Əhmədov Bartın Universitetinin rektoru professor Orhan Uzunla görüşüb. Görüşdə hər iki universitetin gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti