Logo

“Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası: Orqan musiqisi” adlı konsert proqramı keçiriləcək

21.05.2024 22:06 192 baxış
IMG

Almaniyanın Bavariya əyalətinin Erlangen şəhərində yaşayan diaspor fəalı, Almaniyada yaşayan həkimlərin II Forumunun iştirakçısı Hüseyn Kamalzadənin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və Erlangen şəhər bələdiyyəsinin dəstəyi ilə 15 iyun 2024-cü il tarixində şəhərin “Neustädter” Universitet kilsəsində “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası: Orqan musiqisi” adlı konsert proqramı keçiriləcək.

Tehsil.biz xəbər verir ki, konsert proqramında Azəbaycan və alman bəstəkarlarının əsərləri səsləndiriləcək.

Tədbir Erlangen və onun ətrafındakı şəhərlərdə yaşayan azərbaycanlıları, eləcə də qardaş və dost icmaların üzvlərini toplayaraq, diasporumuzun həmrəyliyi və müxtəlif millətlərin nümayəndələri arasında körpülər qurulması məqsədi daşıyır.

Konsertdə iştirak üçün onlayn qeydiyyat linki (https://scango.to/c7ceef7c) hazırlanıb və afişası şəhər bələdiyyəsinin mədəniyyət cədvəlində yerləşdirilib.

Xəbər lenti