Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Maliyyə və təminat departamentinin Maliyyə şöbəsinin baş mütəxəssisi Fidan Qurbanova “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetinin təşkil etdiyi beynəlxalq həftədə iştirak ediblər.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.
25-dən çox ölkənin ali təhsil müəssisəsindən 80 nümayəndənin qatıldığı tədbirdə iştirakçı universitetlərin təqdimatı həyata keçirilib, tədris və tədqiqat sahəsində layihələrin yazılması, beynəlxalq əməkdaşlıqlar, təhsil və təcrübə mübadiləsi kimi mövzular müzakirə olunub.