ECAR layihəsi çərçivəsində tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "Elmi məqalələrin yazılması qaydaları" və “Tədqiqat metodları” mövzularında təlimlər keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimlər Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində təşkil olunub.
Təlimlərdə AzTU-nu Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının professoru Güləhməd Talıbov, Radiotexnika və telekommunikasiya kafedrasının müəllimi Qızılgül İsrafilova, Kibertəhlükəsizlik kafedrasının müəllimi Kamran Hüseynov və Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev təmsil edib.
İki günlük təlimlərdə elmmetrik bazalar, onların iş prinsipləri, tədqiqatçılar üçün faydalı alətlər, onlardan istifadə qaydaları, məqalələrin hazırlanma standartları və jurnalların seçimi, habelə tədqiqatçı göstəricilərinin yaxşılaşdırılması metodları, tədqiqatın dizaynı və planlaşdırılması, etik prinsiplər və tədqiqat suallarının formalaşdırılması, verilənlərin təhlili və hesabatların yazılması barədə iştirakçılara nəzəri biliklər verilib və praktiki tapşırıqlar icra olunub.