Logo

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək

22.05.2024 10:00 165 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 23-də paytaxtdakı 13 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, layihənin budəfəki qonağı Milli Məclisin deputatı Musa Qasımlı olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Xəbər lenti