Logo

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

22.05.2024 10:43 283 baxış
IMG

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün mayın 29-dək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan İlahiyyat İnstitutundan bildirilib.

Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız onbirillik orta təhsilini başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.

Qeyd edək ki, bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.

Xəbər lenti