Logo

ADA Universitetində COP29-la bağlı seminar keçirilir - FOTO

22.05.2024 11:27 319 baxış
IMG

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Belçikanın ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər mövzusunda seminar keçirilir.

Tehsil.biz xəbər verir ki, tədbirdə davamlı gələcək, yaşıl iqtisadiyyat, enerji və iqlim məsələləri müzakirə edilir.

Seminarda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərinin müavini Zoltan Salay, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov iştirak edirlər.

Tədbirdə çıxış edən Fariz İsmayılzadə ADA Universitetinin COP29 və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyi ilə bağlı iyirmiyədək tədbirə ev sahibliyi etdiyini vurğulayıb. O, COP29-un sülh təşəbbüslərini irəli sürə bilmək üçün əla platforma olacağını bildirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov çıxışında qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizəni Azərbaycan dövləti hər zaman diqqət mərkəzində saxlayıb, neft və qaz ölkəsi olmasına baxmayaraq, yaşıl enerji ilə bağlı öhdəliklərini hər zaman layiqincə yerinə yetirib.

Tədbir panel sessiyalarla davam edib.

Xəbər lenti