Logo

“Heydər Əliyev siyasəti: milli-mənəvi dəyərlərimizə qayıdış” adlı tədbir keçirilib - FOTO

22.05.2024 12:33 235 baxış
IMG

Suraxanı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: milli-mənəvi dəyərlərimizə qayıdış” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müsəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək bildirib ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan ulu öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı, Fatimeyi Zəhra məscidinin imamı Mirhəmid Məmmədov bildiriblər ki, milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan ulu öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoydu. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən cənab Prezident İlham Əliyev də Azərbaycanın milli mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi xalqımızın arxasındadır. Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə aparılan və milli mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi Azərbaycanın müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətədavamlı dövlət kimi özünü bütün dünyaya sübut etməsidir.

Xəbər lenti