Logo

Ramiz Əskər vəfat edib

22.05.2024 14:42 160 baxış
IMG

Tanınmış tədqiqatçı alim, professor Ramiz Əskər 70 yaşında dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, bir neçə gün öncə Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirən Ramiz Əskər bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

O, Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülüb. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalisti olub.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr edib. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilib.

Ramiz Əskər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət”, ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xəbər lenti