Logo

“İqlim dəyişkəniyinin biomüxtəlifliyə təsiri” mövzusunda seminar keçirilib

22.05.2024 16:06 166 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Azərbaycan Dövlət Aqrar Universitetinin müvafiq kafedraları və Biotexnologiya Mərkəzi ilə birgə “İqlim dəyişkəniyinin biomüxtəlifliyə təsiri” mövzusunda birgə onlayn seminar keçirib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Seminarda Dendrologiya İnstitutunun baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, dosentlər Vüsalə İsmayılova və Şəlalə Gülməmmədova, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Saleh Məhərrəmov, Epizootologiya, Mikrobiologiya və parazitologiya kafedrasının müdiri Zahir Ələsgərov və Biotexnologiya Mərkəzinin direktoru Abbas İsmayılov məruzə ilə çıxış ediblər.

Seminarda iqlim dəyişkənliyinin insanın həyat keyfiyyətinə təsiri, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, davamlı inkişaf, yaşıl iqtisadiyyat və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti