Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb.
Tehsil.biz xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin yaydığı açıqlamada mayın 21-də dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən birinin öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirdiyi bildirilir:
“Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.
Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb.
Hazırda şagirdin səhhətində ciddi problem yoxdur”.