Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2022-ci il 30 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” əsasında 2024-cü il üçün Gəncə Dövlət Universitetinin akkreditasiyası həyata keçirilir.
Tehsil.biz xəbər verir ki, dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.
GDU qarşıdakı 5 il müddətində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır.