"X" sosial şəbəkəsi Türkiyədə nümayəndəlik açıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
"X" nümayəndəlik açmasaydı, ona məhdudiyyət tətbiq edilə bilərdi", - o bildirib.
Qeyd edək ki, “X” sosial şəbəkəsinə Türkiyədə nümayəndəlik açması ilə bağlı xəbərdarlıq edilib və nümayəndəlik açılana qədər reklam məhdudiyyəti qoyulub.