Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 22-də Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə mərkəzdən bildirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən gender bərabərliyi, karyera və gender stereotipləri, işəgötürmə zamanı gender balansı ilə bağlı nəzərə alınmalı əsas məqamlar, əmək fəaliyyəti prosesində gender rollarının, normalarının və münasibətlərinin idarə olunması, iş elanlarında diskriminasiya halları barədə iştirakçılara məlumat verilib.
Eyni zamanda, əməkdaşlarla müxtəlif qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.