Logo

"İnanıram ki, yaxın gələcəkdə nəticələri görə biləcəyik"

23.05.2024 11:28 272 baxış
IMG

"Son aylarda bir sıra elmi-tədqiqat institutları ilə universitetlər arasında əməkdaşlıq memorandumu imzalanır. İnanıram ki, yaxın gələcəkdə nəticələri görə biləcəyik".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.

Azərbaycan ali təhsil müəssisələrinin elmi-tədqiqat komponentinin aşağı olduğunu bildirən nazir bu istiqamətdə mühüm işlərin görüldüyünü və dinamikanın müsbət olduğunu bildirib.

"Amma hətta son 10 ildə əldə olunan nəticələr belə, qarşıda hələ uzun yolun olduğunu göstərir. Bu yolu getməkdən başqa çarəmiz də yoxdur", - Emin Əmrullayev vurğulayıb.

Mərcanə Əsədova

Xəbər lenti