Logo

Nazir ötən il ali məktəblərə ayrılan pulun məbləğini açıqladı

23.05.2024 12:00 178 baxış
IMG

"Ötən il ilk dəfə olaraq universitetlərin göstəricilərinə görə pilot qaydada maliyyələşdirmə aləti tətbiq etmişik. Bu, ilkin addımdır".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.

E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə 8 milyon manat pul ayrılıb.

"Daha çox tədqiqat aparmaq üçün maliyyələşdirmə formuluna təkrar baxmalıyıq. Hazırda bununla bağlı sıx iş gedir”, - nazir qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti