Logo

Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalın reytinq siyahısında ilk onluqda

23.05.2024 12:35 176 baxış
IMG

Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin nüfuzlu “Wiley” nəşriyyatının “ChemistrySelect” jurnalında dərc etdirdikləri “Azot əsaslı yeni heterotsiklik birləşmələrin sintezi, xarakteristikası, molekulyar dokinq və asetilxolinesteraza, α-qlikozidaza enzim inhibitorlaşma istiqamətləri” adlı məqalə jurnalın 2024-cü il üzrə ən çox istinad olunan məqalələrin reytinq siyahısında ilk onluğa daxil edilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, “Wiley” nəşriyyatı məqalənin ilk müəllifi olan institutun baş direktoru akademik Vaqif Fərzəliyevi sertifikatla təltif edib. Məqaləyə qısa müddətdə dünya alimləri tərəfindən 23 istinad edilib.

Xəbər lenti