Logo

Biogeldən istifadə edərək sümükləri bərpa etməyin yeni üsulu tapılıb

23.05.2024 13:33 243 baxış
IMG

Rus alimləri dünyada ilk dəfə sümük bərpası üçün bioassimilyasiya olunmuş gel yaradıblar.

Tehsil.biz bu barədə "aztibb.az"a istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, yeni vasitə güllə və ya qəlpə yaralarından sonra istifadə edilə bilər.

Volqa Dövlət Tibb Universitetinin mütəxəssisləri zədələnmiş toxumalarla tamamilə eyni olan toxuma yetişdirməyə imkan verən dərman hazırlayıblar.

Əczaçılıq elmləri doktoru Dmitri Kompantsevin sözlərinə görə, preparatın istifadəsi təbii regenerasiya proseslərini aktivləşdirməyə imkan verir. Qeyd etmək lazımdır ki, biogelin tərkibinə görə bazarda analoq yoxdur.

Heyvanlar üzərində aparılan tədqiqatlar əla nəticələr göstərib. Alimlər böyük ziyanı bərpa edə biliblər.

Xəbər lenti