Logo

Beynəlxalq Ərəb dili Akademiyasının müdavimləri Əlyazmalar İnstitutunda - FOTO

23.05.2024 13:46 142 baxış
IMG

Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının “Səudiyyə Ərəbistanı Mərkəzi”nin müdavimləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Bayramova müdavimlərə “Əlyazmalar İnstitutunda saxlanılan yazılı abidələr və ən qədim ərəbdilli əlyazma nüsxələri” mövzusunda mühazirə oxuyub.

Sonra müdavimlər institutda əlyazma abidələrinin mühafizəsi, bərpası, kitabların tərtibi və kağızların hazırlanması qaydaları ilə tanış olub, xətt növləri haqqında maraqlı məlumatlar əldə ediblər.

Əlyazmaların ekspozisiyası və təqdimi şöbəsinin əməkdaşı Aysel Atakişiyeva müdavimləri ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri ilə tanış edib, onlara elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr və nadir eksponatlar barədə məlumat verib.

Xəbər lenti