Logo

“Dublin” ədəbiyyat mükafatının qalibi məlum olub

23.05.2024 15:47 157 baxış
IMG

2024-cü il üzrə “Dublin” ədəbiyyat mükafatının qalibi məlum olub.

Tehsil.biz mükafatın rəsmi saytına istinadən xəbər verir ki, qalib rumıniyalı yazıçı Mircea Cartarescu olub.

O bu mükafata “Solenoid” əsərinə görə layiq görülüb.

Əsərin ingilis dilinə tərcüməçisi isə Sean Cotterdir.

Qeyd edək ki, "Dublin" ədəbiyyat mükafatının mükafat fondu 100 min avro təşkil edir, əsər ingilis dilinə tərcümə edilibsə, tərcüməçiyə mükafatın 25 faizi təqdim edilir.

Xəbər lenti