Logo

Əlyazmalar İnstitutu Qazaxıstanın “Qılım Ordası” Dövlət Agentliyi ilə əməkdaşlıq edəcək

23.05.2024 16:03 117 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” Dövlət Agentliyi arasında memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Bakıda keçirilmiş “Orta əsr türk təbabəti və irsi: keçmişi və bu günü, tədqiqat problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində bağlanan memorandumu Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və “Qılım Ordası” Dövlət Agentliyinin elmi və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini Nurlan Seydin imzalayıblar.

Memorandum iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin möhkəmliyinin, Azərbaycanla Qazaxıstanın elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlığının növbəti təzahürüdür. Memorandumun bağlanmasında əsas məqsəd türk xalqlarının tarixi-mədəni irsinin inkişafı ilə bağlı tədbirlərin keçirilməsi, türkdilli xalqlar arasında tarixi, elmi və mədəni identikliyin tədqiqi, ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişaf etdirilməsidir. Sənəddə mədəniyyət, təhsil, elm, tədqiqat və informasiya xidmətləri sahəsində qarşılıqlı əlaqələrin qurulması, qlobal məlumat bazalarına və müasir təhsil resurslarına ümumi çıxışın təmin edilməsi, biliklərin yayılması və təcrübə mübadiləsi, o cümlədən elmi, texniki və humanitar sahələrdə mədəni yüksəlişin əldə olunması üçün digər oxşar profilli müəssisələrlə müştərək beynəlxalq əlaqələrin qurulması nəzərdə tutulur.

Xəbər lenti