Logo

BDU-nun doktorantı Avstriyada COST proqramı çərçivəsində keçirilən konfransda məruzə edib - FOTO

23.05.2024 16:17 219 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Xatirə Mehdiyeva Avstriyanın Vyana Texniki Universitetində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) proqramı tərəfindən keçirilən “2-ci MecaNano Cost Action 2024 ümumi yığıncağı”nda “Nanoölçülü SnSb2Te4 topoloji izolyatorun mexaniki üyüdülmə üsulu ilə alınması” adlı məqalə ilə çıxış edib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, məruzədə topoloji izolyator xassəli yeni kvant materialların gələcəyin kvant texnologiyalarının reallaşdırılmasındakı rolu müzakirə edilib. Bu sinif materiallar bu günə qədər həcmli kristallarda öyrənilib. Onların bir çox həcmi və səthi elektron xassələri daha aşağı ölçülərdə (nanoölçülərdə) tədqiq edilməyib.

Qeyd edək ki, hazırda Xatirə Mehdiyeva İtaliya hökuməti tərəfindən maliyyələşdirilən qrant müsabiqəsi çərçivəsində bu ölkənin Kalabriya Universitetində professor Marko Papaqno və Daniela Pacilenin rəhbərliyi ilə topoloji izolyator tipli birləşmələr üzərində elmi tədqiqat işləri aparır.

Xəbər lenti