Azərbaycan mətbuatının tanınmış simalarından olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı nekroloqda qeyd olunub.
“Mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı veririk. Bəbir Hüseynovun vəfatından kədərləndiyimizi bildirir, bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşürük”, - nekroloqda deyilir.