Logo

Milli Müdafiə Universitetinin tabeliyində hərbi kolleclər yaradıldı - QƏRAR

23.05.2024 17:31 284 baxış
IMG

Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində üç yeni hərbi kollec yaradılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Bunlar Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kollecidir.

Qərarla Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki həmin xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri də təsdiq edilib.

Xəbər lenti