Logo

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar verilib - FOTO

23.05.2024 17:55 147 baxış
IMG

Mayın 20-dən 23-dək Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində Mədəniyyət Nazirliyinin Abşeron-Xızı və Şərqi Zəngəzur Regional Mədəniyyət idarələrinin tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin mütəxəssisləri üçün keçirilmiş KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, dörd günlük treninqdə Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər, Abşeron-Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana sistemləri, həmçinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan Mərkəzləşdirilmiş Kitabxana sistemlərindən, ümumilikdə, 8 mütəxəssis iştirak edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin perspektivləri haqqında danışıb, treninqə qatılmış mütəxəssislərə uğurlar arzulayıb.

Qeyd edək ki, treninq çərçivəsində müdavimlərə proqramın ümumi quruluşu, modulları, ayrı-ayrı bölmələri, eləcə də bütün iş funksiyaları tədris olunub.

Sonda müdavimlərə sertifikatlar təqdim edilib.

Xəbər lenti