SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Ladies lead Students Chapter” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, bu dəfə layihənin qonağı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva olub.
Azərbaycan cəmiyyətində qadınların rolundan danışan BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, layihə çərçivəsində rəhbər vəzifələrdə çalışan qadınlarla tələbələrin görüşləri təşkil edilir. İştirakçıların fəallığını yüksək qiymətləndirən rektor bu layihənin tələbələrə faydasından danışıb.
Daha sonra İRİA-nın sədri İnarə Vəliyeva ölkəmizin bütün sahələrdə inkişafına qadınların öz töhfəsini verdiyini diqqətə çatdırıb. O, karyerasında keçdiyi inkişaf yolundan bəhs edib və uğur hekayəsini gənclərlə bölüşüb.
Sonda suallar cavablandırılıb.