Logo

"Microsoft"da yaranan nasazlığa görə bir sıra populyar xidmətlərin fəaliyyəti dayanıb

23.05.2024 23:38 166 baxış
IMG

Müxtəlif ölkələrdən olan istifadəçilər "Microsoft Bing Search" axtarış sistemi və "GPT-4" əsaslı süni intellekt "chatbot Copilot" ilə bağlı problemlər barədə məlumat verirlər. İlk nasazlıqlar səhər saatlarında qeydə alınıb.

Tehsil.biz gazeta.ru-ya istinadən xəbər verir ki, "Bing.com"a daxil olmağa çalışan bəzi istifadəçilər axtarış panelində xəta və ya boz veb-səhifəni görür, digərlərində isə "Bing əlçatan deyil, lakin hər şey çox tezliklə normala dönməlidir" mesajı ilə üzləşirlər.

Bundan əlavə, "DuckDuckGo" axtarış sistemində problemlər qeydə alınıb. "Downdetector"un məlumatına görə, müxtəlif ölkələrdən minlərlə istifadəçi bu xidmətlə bağlı problemlər barədə məlumat verib.

Hazırda "Microsoft" öz xidmətlərindəki fasilənin səbəblərini açıqlamayıb və onların nə vaxt bərpa olunacağı məlum deyil.

Xəbər lenti